MƏXFİLİK SİYASƏTİ
Son yenilənmə tarixi: 24 İyul 2026
MyBoxca olaraq, saytımızı ziyaret edən və xidmətlərimizdən istifadə edən müştərilərimizin şəxsi məlumatlarının məxfiliyinə və təhlükəsizliyinə böyük məsuliyyətlə yanaşırıq. Bu Məxfilik Siyasəti, saytımızdan istifadə edərkən şəxsi məlumatlarınızın necə toplanması, istifadə olunması, qorunması və paylanması barədə sizi məlumatlandırmaq üçün hazırlanmışdır.
1. Topladığımız Şəxsi Məlumatlar
Saytımız vasitəsilə sifariş rəsmiləşdirərkən və ya bizimlə əlaqə saxlayarkən aşağıdakı məlumatlar toplanır:
-
Eyniləşdirmə və Əlaqə Məlumatları: Adınız, soyadınız, telefon nömrəniz, e-poçt ünvanınız.
-
Çatdırılma Məlumatları: Sifarişinizin ünvanınıza çatdırılması üçün təqdim etdiyiniz yaşayış ünvanı (şəhər, rayon, küçə, bina/mənzil).
-
Sifariş Tarixçəsi: Aldığınız məhsullar, sifariş tarixi və seçilmiş ödəniş üsulu.
-
Texniki Məlumatlar: Saytı ziyarət etdiyiniz zaman avtomatik olaraq toplanan IP ünvanı, brauzer növü, cihaz məlumatları və Cookie (kukilər) vasitəsilə əldə edilən istifadə statistikaları.
2. Məlumatların İstifadə Məqsədləri
Toplanan şəxsi məlumatlarınız yalnız aşağıdakı məqsədlər üçün istifadə olunur:
-
Sifarişlərin İcrası: Sifarişinizin emal edilməsi, dəqiqləşdirilməsi və kuryer vasitəsilə ünvanınıza tam və vaxtında çatdırılması.
-
Müştəri Xidməti: Sifarişinizin statusu haqqında sizi məlumatlandırmaq, suallarınızı cavablandırmaq və ya iadə/dəyişdirilmə müraciətlərinizi emal etmək.
-
Xidmət Keyfiyyətinin Artırılması: Saytın işini, məhsul çeşidlərimizi və müştəri təcrübəsini təkmilləşdirmək.
-
Xüsusi Təkliflər və Bildirişlər: Sizin razılığınız olduğu halda yeni kampaniyalar, endirimlər və xüsusi təkliflər barədə məlumat vermək.
3. Məlumatların Üçüncü Tərəflərlə Paylaşılması
MyBoxca müştərilərinin şəxsi məlumatlarını heç bir halda üçüncü tərəflərə satmır, kirayə vermir və ticari məqsədlərlə ötrümür. Məlumatlarınız yalnız aşağıdakı zəruri hallarda paylaşılır:
-
Çatdırılma Xidməti Tərəfdaşları: Sifarişinizin çatdırılması üçün adınız, ünvanınız və telefon nömrəniz müqaviləli kuryer/poçt xidmətlərinə ötürülür.
-
Xidmət Provayderləri: Saytımızın fəaliyyətini təmin edən infrastruktur (Shopify platforması, analitika xidmətləri) ilə məfkilik şərtləri daxilində.
-
Hüquqi Məsuliyyət: Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən rəsmi dövlət orqanlarının qanuni tələbləri olduqda.
4. Məlumatların Qorunması və Təhlükəsizlik
Məlumatlarınızın icazəsiz daxilolmalardan, itirilməkdən, dəyişdirilməkdən və ya ifşa olunmaqdan qorunması üçün lazımi texniki və təşkilati təhlükəsizlik tədbirləri (SSL şifrələmə, təhlükəsiz serverlər və giriş məhdudiyyətləri) tətbiq edilir.
5. Çerezlər (Cookies)
Saytımız istifadəçi təcrübəsini yaxşılaşdırmaq və saytın rahat işləməsini təmin etmək üçün Cookie texnologiyasından istifadə edir. Brauzerinizin tənzimləmələrindən çerezləri söndürə bilərsiniz, lakin bu halda saytın bəzi funksiyaları tam düzgün işləməyə bilər.
6. Hüquqlarınız
Siz öz şəxsi məlumatlarınızla bağlı aşağıdakı hüquqlara maliksiniz:
-
Haqqınızda toplanmış şəxsi məlumatları öyrənmək və onlara baxış keçirmək.
-
Səhv və ya natamam məlumatların düzəldilməsini tələb etmək.
-
Şəxsi məlumatlarınızın bazamızdan silinməsini tələb etmək.
7. Bizimlə Əlaqə
Məxfilik siyasəti ilə bağlı hər hansı sualınız, təklifiniz və ya məlumatlarınızın silinməsi ilə bağlı müraciətiniz olarsa, bizimlə əlaqə saxlaya bilərsiniz:
-
Mağaza Adı: MyBoxca
-
E-poçt: myboxca@mail.ru